ATƏT-in Minsk Qrupu rəsmən ləğv olundu

ATƏT rəsmi olaraq Minsk prosesini başa çatdırıb və onunla bağlı strukturları 30 noyabr 2025-ci il saat 23:59-dan ləğv edib.

 

Senzor.az bildirir ki, ATƏT-in yaydığı bəyanatda belə deyilir.

 

Qeyd edək ki, müvafiq qərar (MC.DEC/1/25) Ermənistan və Azərbaycanın ATƏT-in Finlandiya sədrliyinə birgə müraciətindən sonra 1 sentyabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasında qəbul olunmuşdu.

 

Lazımi bütün inzibati prosedurların başa çatdırılması, bütün 57 ATƏT iştirakçısı dövlətinin razılığı ilə əldə edilmiş konsensusun bir hissəsi olan bağlanma prosesinin tamamlandığı anlamına gəlir.

 

Xatırladaq ki, Minsk Qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu nizamlanmasına dəstək məqsədilə Rusiya, ABŞ və Fransa həmsədrliyi ilə yaradılmışdı, lakin münaqişənin nizamlanmasına nail olmamışdı. Azərbaycan uzun müddət Ermənistanla rəsmi sülh sazişinə irəliləyiş üçün ilkin şərt kimi Minsk Qrupunun ləğv edilməsini tələb edirdi. Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri ATƏT sədri ilə (Minsk prosesinin bağlanması ilə əlaqəli) bağlı müraciət göndəriblər.

 

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT-in Katibliyinə həvalə olunub. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.