
Rusiyanın “Rosatom” konserninin mütəxəssisləri Ermənistandakı atom elektrik stansiyasında (AES) planlı təmir işlərini vaxtından əvvəl başa çatdırıb.
Senzor.az bildirir ki, yerli KİV bu barədə stansiyanın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, stansiya nəzərdə tutulmuş müddətdən üç gün əvvəl tam gücə çıxıb.
“Hazırda blok 100% istilik gücü ilə (440 MVt) işləyir və stabil, fasiləsiz elektrik istehsalını təmin edir”, - stansiyanın mətbuat xidməti bildirib.
Qeyd edək ki, AES Ermənistanın əsas elektrik enerjisi mənbələrindən biridir. Orada birinci nəsil VVER-440 reaktoru ilə tək blok fəaliyyət göstərir və onun yanacağı “Rosatom” tərəfindən təmin olunur.