
Türkiyənin hərbi gəmiqayırma zavodu Rumıniyanın Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə hərbi gəmi satışı üzrə müqavilə imzalayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla da Türkiyə NATO və Aİ üzvü olan ölkəyə ilk dəfə hərbi gəmi - esmines satıb.
"Akhisar" gəmisi Rumıniya Hərbi Dəniz Qüvvələrinin arsenalına yüngül korvet kimi əlavə edilib. Döyüş gəmisi regional dəniz təhlükəsizliyinə töhfə verməklə yanaşı, həm də Rumıniya Hərbi Dəniz Qüvvələrinin modernləşdirmə məqsədlərinə güclü dəstək olacaq.