
İranın xarici işlər naziri Abbas Araqçi Azərbaycana səfər edəcək.
Senzor.az bildirir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, İran XİN rəhbərinin Azərbaycana səfəri gələn həftəyə planlaşdırılır.
Səfər çərçivəsində Abbas Araqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.