AMİP rəhbərliyi ABŞ-da keçirilən Beynəlxalq forumda iştirak edir – GÜNDƏLİYƏ PARTİYANIN TƏQDİM ETDİYİ QƏTNAMƏ LAYİHƏSİ DƏ SALINIB
FOTO

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi tam hüquqlu üzvü olduğu Beynəlxalq Demokrat İttifaqı (İDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilən İDU-2025 Forumunda iştirak edir. 

 

Bu barədə Senzor.az-a AMİP-in Mətbuat xidmətindən məlumat verilib.

 

Forumda sağ mərkəz yönlü partiyaların nümayəndələri, hazırkı və sabiq hökumət və dövlət başçıları, konqresmenlər, senatorlar, Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin üzvləri, tanınmış ekspertlər, və siyasətçilər istirak edirlər. 

 

Bu mötəbər tədbirdə AMİP-i  partiyanın sədri, millət vəkili Arzuxan Əlizadə, sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev, Siyasi Şura üzvü Elxan Əhmədzadə və Qadınlar təşkilatının sədr müavini İlhamə Əliyeva təmsil edirlər.  

Forumun ilk günündə ABŞ Respublikaçılar Partiyasının rəhbərliyi və Ağ Ev Adminstrasiyasının nümayəndələri Forum iştirakçılarını salamlayıblar. Forumun gedişatında təşkil olunan panellərdə dünyada gedən proseslərlə bağlı müzakirələr aparılıb. Konfliktlər, Rusiya Ukrayna müharibəsi, Aİ - Rusiya, ABŞ - Rusiya münasibətləri, təhlükəsizlik siyasəti, həmçinin iqtisadi münasibətlər əsas müzakirə predmeti olub. Forumun ilk günü ABŞ-ın Milli Təhlükəsizlik üzrə sabiq müşaviri (2019-2022-ci illər), hazırda ABŞ Prezidenti yanında Kəşfiyyat və Məşvərət Şurasının üzvü Robert C. O'Brien çıxışında Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları prosesinin vacibliyi və ABŞ-ın bu prosesə verdiyi dəstəyi xüsusi qeyd edib. 

 

Forumdan sonrakı gün Beynəlxalq Demokrat İttifaqının növbəti İcraçı toplantisı keciriləcək. Toplantının gündəliyinə digər məsələlərlə yanaşı AMİP-in təqdim etdiyi, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin bərqərar olmasında Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsinin imzalanması, 8 avqustda Vaşinqtonda razılaşdırılıb təsdiq olunmuş sənədlərin reallaşdırılması və Zəngəzur dəhlizinin (TRİPP) açılmasının vacibliyini özündə əks etdirən Qətnamə layihəsi salınıb. 


AMİP nümayəndə heyəti ölkəyə qayıtdıqdan sonra Beynəlxalq tədbirlə bağlı daha ətraflı məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.