
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.
Senzor.az bildirir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Məlumata görə, şirkətlər aeroportu yanacaqla təchiz və zəruri infrastrukturu təmin edəcək birgə müəssisə yaratmağı nəzərdə tuturlar. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.
Bu il sentyabrın 6-da SOCAR və "UCC Holding" Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalayıb.
