Doha Forumu: Azərbaycan-Ermənistan sülh prosesinə həsr olunan panel sessiya keçirilib

Doha Forumu çərçivəsində "Ermənistan–Azərbaycan Dayanıqlı Sülh: Vaşinqton Sazişi və Ortaq Gələcək" adlı panel sessiya keçirilib.

 

Senzor.az bildirir ki, David Hearstın moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak ediblər.

 

H.Hacıyevin "X" hesabında yazdığı məlumata görə, müzakirələr zamanı sülhün iqtisadi faydaları, əlaqəlilik, etimad quruculuğu tədbirləri də daxil olmaqla Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımlar müzakirə olunub.

 

"Mən Azərbaycan tərəfinin Cənubi Qafqaz regionunu dayanıqlı sülh və rifah zonasına çevirmək istiqamətində göstərdiyi güclü iradəni vurğuladım", - Prezidentin köməkçisi qeyd edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.