Ermənistanda azərbaycandilli kanal bağlandı - VİDEO

Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi "ReOpen Media" fəaliyyətini dayandırdığını açıqlayıb. Qurum dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bəyan edib.

 

Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu bildirilir.

 

Belə ki, dekabrın 3-də Real TV-nin canlı efirində aparıcı Vəfa Həmzəyeva ilə "ReOpen Media"nın aparıcısı Diana Karapetyan arasında telekörpü təşkil olunub. Söhbətin siyasi mövzulara toxunulmadan aparılacağı əvvəlcədən razılaşdırılsa da, Karapetyan efir zamanı "Artsax" ifadəsini işlədərək gərginliyə səbəb olub.

 

Erməni jurnalistin "Bizim üçün "Artsax", digərləri üçün Qarabağ" sözləri Vəfa Həmzəyevanın kəskin etirazına səbəb olub: "Siz hələ də "Artsax" deyirsinizsə, biz hansı sülh dialoqundan danışa bilərik? Rəsmi İrəvan artıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır".

 

Aparıcının reaksiyasından sonra Diana Karapetyan "Artsax" ifadəsindən istifadə etməyi dayandırıb və mövqeyini əsaslandırmağa çalışsa da, dialoq gərgin şəkildə davam edib.

 

Ətraflı REAL TV-nin süjetində:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.