Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olub - ÜÇ İSTİQAMƏTDƏN
VİDEO

Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən - Afrin, Rasulayn və Hələbin şimalından Suriyaya daxil olub.

 

Senzor.az Türkiyə KİV-ə istinadən bildirir ki, bununla bağlı artıq görüntülər yayılmağa başlayıb. 

 

Bölgədən gələn məlumatlara görə, hərbçilər xüsusilə Mənbic xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti SDQ-nin (Suriya Demokratik Qüvvələri) nəzarətində olan Deyr-Zora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib.

 

Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir. Konvoylarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.

 

Vurğulanır ki, bu hadisələr Baş Qərargah rəisi, general Selçuk Bayraktaroğlunun 5-6 dekabr tarixlərində Dəməşqə rəsmi səfərindən dərhal sonra baş verib. Bayraktaroğlunun təmasları Türkiyə ilə Suriya arasındakı təhlükəsizlik xətti ilə bağlı yeni bir prosesin başlanğıcı kimi qəbul edilmişdi. Bölgədən gələn məlumatlar da göstərir ki, TSQ səfərdən sonra Suriyaya üç fərqli istiqamətdən qüvvələr göndərib.

 

Eyni zamanda, Suriya tərəfi SDQ-nin nəzarətində olan və ərəblərin sıx yaşadığı Deyr-Zor bölgəsinə yeni hərbi qüvvələrin yerləşdirilməsinə başlayıb. Yerli mənbələrə görə, bölgəyə artilleriya batareyaları, PUA-lar və çox sayda personal yerləşdirilib. Əlavə qüvvələrin əsasən 86-cı diviziya tərəfindən həyata keçirildiyi və xüsusilə şəhərin qərb kənd yerlərindəki nöqtələrdə cəmləşdiyi bildirilir.

 

Həmçinin qeyd edilir ki, Deyr-Zorda son dövrlərdə SDQ daxilindəki ərəb tayfaları ilə Dəməşq hökuməti arasında əməkdaşlıq olduğu iddiaları gündəmə gəlmişdi. Bu, bölgədəki güc balansının yenidən formalaşdığına dair təsəvvürləri gücləndirir.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.