Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

Gürcüstanda kütləvi aksiyaların keçirilməsi ilə bağlı qaydalar yenidən sərtləşdirilir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla əlaqədar parlamentin “Toplantılar və nümayişlər haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsinə düzəlişlər ediləcək.

 

Layihəyə əsasən, aksiyalarla bağlı dövlət orqanlarına əvvəlcədən xəbərdarlıq ediləcək. Sənəddə bildirilib ki, toplantı və yaxud nümayiş ictimai təhlükəsizliyə və asayişə, müəssisə və təşkilatların normal fəaliyyətinə, nəqliyyat vasitələri və insanların hərəkətinə təhlükə yaradırsa, dövlət orqanı iştirakçıları alternativ məkan, aksiyanın keçirilmə vaxtı və yaxud üsulu barədə təlimatlandırmaq səlahiyyətinə malik olacaq. Bu təlimatın yerinə yetirilməməsi məsuliyyətə səbəb olacaq.

 

Gürcüstan parlamentində düzəlişlərin sürətləndirilmiş qaydada qəbul ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda ölkədə toplantı və nümayişlərlə bağlı qaydaların pozulmasına görə hüquqi məsuliyyət daha da sərtləşdirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.