
Ermənistan və Almaniya ikitərəfli tərəfdaşlıqlarının strateji gündəliyi ilə bağlı birgə bəyannamə imzalayıblar.
Senzor.az erməni mediasına istinadən bildirir ki, sənəd Ermənistanın Baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Fridrix Merts tərəfindən imzalanıb.
"Bu səfər həqiqətən tarixidir, çünki Ermənistan və Almaniya arasındakı münasibətlər strateji tərəfdaşlıq dövrünə qədəm qoyur və bu, iki ölkə arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəm haqqında Bəyannamənin imzalanması ilə təsdiqlənib", - Paşinyan Merts ilə birgə mətbuat konfransında bildirib.
O əlavə edib ki, İrəvan və Berlin arasındakı münasibətlər qarşılıqlı hörmətə və ortaq dəyərlərə əsaslanır.
Qeyd edək ki, Paşinyan Berlində rəsmi səfərdədir. O, əvvəlcə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, daha sonra isə Kansler Merts ilə ikitərəfli və geniş formatlarda görüşlər keçirib.
