Hikmət Hacıyevlə Armen Qriqoryan eyni studiyada birgə müsahibə verdilər - İLK DƏFƏ
FOTO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan birlikdə ilk dəfə “Euronews” telekanalına müsahibə veriblər.

 

Senzor.az bildirir ki, Azərbaycan və Ermənistan rəsmiləri Dohada “Euronews”a verdikləri ilk birgə eksklüziv müsahibədə sülh prosesinin necə başlandığını və iki ölkəni gözləyən birgə gələcək perspektivlər barədə fikirlərini açıqlayıblar.

 

Tərəflər onilliklər davam edən münaqişədən sonra Cənubi Qafqazın tamamilə yeni siyasi-iqtisadi mərhələyə qədəm qoyduğunu bildiriblər.

 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan müsahibədə deyiblər ki, danışıqlar 2020-ci ildə – son hərbi toqquşmalardan dərhal sonra, Avropa İttifaqının dəstəyi ilə başlayıb və bu proses ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən tarixi sülh razılaşması ilə nəticələnib.

 

Hikmət Hacıyev bildirib ki, Brüsseldə keçirilən görüşlərdən sonra tərəflər “mövcud fikir ayrılıqlarını kənara qoyaraq” sülhə doğru irəliləmək barədə qərar veriblər.

 

Armen Qriqoryan isə vurğulayıb ki, hər iki ölkənin rəhbərlikləri “regiona davamlı sülh və sabitlik gətirmək üçün institusional mexanizmlər hazırlamağa” çalışıblar.

 

Ermənistan rəsmisi bildirib ki, uzun illər davam edən münaqişə səbəbindən tərəflər arasında etimadın formalaşması çətin idi, lakin proses addım-addım irəliləyir: “Bu, divara vurulan hər yeni etimad kərpici kimidir. Uğur böyükdür və biz bunu qeyd edirik”.

 

Azərbaycan rəsmisi də sülh prosesini “qlobal münaqişələr fonunda uğur hekayəsi” adlandırıb və qeyd edib ki, artıq tərəflər “real sülh şəraitində regionun iqtisadi genişlənməsi” üzərində işləyirlər.

 

Armen Qriqoryan əlavə edib ki, regional iqtisadi layihələrin həyata keçirilməsi qarşılıqlı asılılığı artıracaq və həm sülhü, həm də rifahı möhkəmləndirəcək: “Biz məhz bu istiqamətdə irəliləyirik və bunun ən real sübutu Hacıyevlə Dohada eyni studiyada oturmağımızdır”.

 

Hər iki tərəf sülhün “geri dönməz” xarakter daşıdığını, bunun gələcək nəsillər üçün strateji hədəf olduğunu vurğulayıb. Razılaşmanın əsas elementlərindən biri “Vaşinqtonda əldə edilən böyük, tarixi razılaşma” kimi təqdim olunan “TRIPP – Trump Route for International Peace and Prosperity” layihəsidir.

 

Hikmət Hacıyev bildirib ki, bu layihə Avrasiyanın nəqliyyat xəritəsini tamamilə dəyişəcək. Qriqoryanın sözlərinə görə, Ermənistan və ABŞ hazırda layihənin texniki detallarını intensiv müzakirə edirlər.

 

Müsahibənin sonunda hər iki rəsmi vurğulayıb ki, müharibə artıq keçmişdə qalıb və region üçün əsas hədəf – Ermənistan ilə Azərbaycanın birgə, sülh dolu gələcəyidir. Tərəflər bildiriblər ki, qarşılıqlı etimadın möhkəmləndirilməsi və iqtisadi əməkdaşlıq Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyur.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.