AMİP-in təqdim etdiyi Qətnamə VAŞİNQTONDA QƏBUL EDİLDİ
FOTO + MƏTN

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi 2–6 dekabr 2025-ci il tarixlərində Vaşinqtonda Beynəlxalq Demokrat İttifaqının (İDU) təşkil etdiyi “İDU Forum-2025” tədbirində iştirak edib.

 

Senzor.az xatırladır ki, dünyanın müxtəlif ölkələrindən 500-dən çox nümayəndənin qatıldığı forumda bir sıra ölkələrin partiya rəhbərləri, dövlət və hökumət başçıları, nazirlər, Avropa İttifaqının rəsmiləri, Avropa Parlamenti üzvləri, nüfuzlu beyin mərkəzlərinin təmsilçiləri və aparıcı media qurumları, eləcə də “Google” şirkətinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə AMİP-i partiya sədri, millət vəkili Arzuxan Əlizadə, sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev, Siyasi Şura üzvü Elxan Əhmədzadə və Qadınlar  Təşkilatının sədr müavini İlhamə Əliyeva təmsil ediblər.

 

Forum yekunlaşandan sonrakı gün Beynəlxalq Demokrat İtiifaqının növbəti İcraçı Toplantısı keçirilib. Yalnız BDİ-nin üzvü olan partiya rəhbərlərinin iştirak etdiyi toplantıda BDİ rəhbər strukturlarının ötən dövr ərzində fəaliyyətləri ilə bağlı ənənəvi hesabatı, həmçinin üzv ölkələrin məlumatları dinlənilib, üzvlüyə qəbul üçün edilən müraciətlərə baxılıb.

 

İcraçı Toplantının gündəliyinə AMİP-in təqdim etdiyi Qətnamə layihəsi də daxil edilib. Qətnamə layihəsində Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun bacarıqsızlığı, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa etməsi və bununla da regionda dayanıqlı sülh və sabitliyə nail olunması, bu kontekstdə yeni reallıqların bərqərar olması fonunda Ermənistanın da suverenlik əldə etmək imkanlarının yaranması, Zəngəzur dəhlizinin açılmasının, eləcə də tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində bütün mövcud əngəllərin aradan qaldırılmasının vacibliyi və digər məsələlər əks olunub. BDİ sədri Stiven Harper tərəfindən toplantı iştirakçılarının diqqətinə çatdırılan qətnamə layihəsi yalnız EPP-ni təmsil edən bir nümayəndənin bitərəf qalması, digər nümayəndələrin isə hər birinin lehinə səs verməsi ilə qəbul olunub.

 

AMİP tərəfindən təqdim olunan Qətnamənin qəbulu ilə Beynəlxalq Demokrat İttifaqı Cənubi Qafqazda Azərbaycanın sülh səylərinə dəstəyini növbəti dəfə ifadə edib.

Senzor.az Qətnamənin tam mətnini təqdim edir:

Beynəlxalq Demokrat Ittifaqının (İDU) Azərbaycan və Ermənistanla bağlı qəbul etdiyi

Qətnamə

5 dekabr, Vaşinqton, ABŞ 

Azərbaycan və Ermənistan arasında sülh istiqmətində gedən danışıqlar reqionda davamlı sülhün yaranmasına böyük ümüdlər yaradır, 

Sovetlər İttifaqının dağılması ərəfəsində SSRİ KQB-si tərəfəndən yaradılmış Qarabağ münaqişəsi hər iki tərəfdən on minlərlə insanın ölümünə səbəb oldu və ATƏT-in Minsk qrupu 25 ildən artıq bir zamanda münaqişənin həllinə nail ola bilmədi,

2020-ci ildə 44 günlük müharibə əsas məsələlər üzrə gedən danışıqları sürətləndirdi və 30 ildən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası Ermənistana da Rusiya təsirinin azaldılmasına və öz suverenliyini gücləndirməyə imkan yaratdı,

Tərəflərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasından sonra regionda davamlı sülhün bərqərar olunması üçün şərait yaranmışdır. 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında razılaşdırılmış sülh müqaviləsi şərtlərininin imzalanması baş tutdu. Həmin gün eyni zamanda Azərbaycan və Ermənistan arasında 33 ildən artıq bağlı olan kommunikasiya xətlərinin açılması barədə də razılıq əldə olundu. Əsas regional iqtisadi loqistik layihənin tərkib hissəsi olan Zəngəzur kommunikasiya xəttinin - Beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun (TRIPP) açılması ilə bağlı memorandum imzalandı, 

Tərəflərin göstərdiyi iradə, həmçinin ABŞ Prezidenti Donald Trampın səyləri sayəsində reqionda davamlı sülh və iqtisadi inkişafın yaranması üçün əlverişli şərait yaranmışdır, 

Bunları nəzərə alaraq Beynəlxalq Demokrat İttifaqı - BDİ Bəyan edir:

-Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış sülh müqaviləsi şərtlərinin paraflanıb imzalanmasını reqionun gələcək inkişafına və təhlükəsizliyinə xidmət edən addım kimi qəbul edir.

- Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) Layihəsinin icrasına tezliklə başlanmasının reqionun siyasi və iqtisadi inkişafında mühüm hadisə olacağına ümüd edir.

-Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin Yeravana və Bakıya səfər edib müzakirələr aparılmasını uzunmüddətli sülhün yaranması və xalqlar arasında münasibətlərin normallaşdırılması üçün uğurlu addım kimi qəbul edir.

-BDİ ümüd edir ki, Azərbaycan və Ermənistan arasında pozitiv notlar üzərində danışıqlar tezliklə uğurla yekunlaşacaq, Böyük sülh müqaviləsinin imzalanmasına mane olan bütün səbəblər aradan qaldırılacaq. 

-Bu addımların nəticəsi olaraq Rusiyanın reqion dövlətlərini siyasi və iqtisadi təsir altına almaq niyyətlərinin qarşısı alınacaq.

-Nəhayət, bu problemin tezliklə həll olunması digər postsovet respublikalarında Rusiyanın yaradıb nəzrətində saxladağı milli etnik problemlərin həll olunması üçün stimul yaradacaq. 

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.