ABŞ Prezidentinin xüsusi nümayəndəsi
AVROPA LİDERLƏRİ və ZELENSKİ İLƏ GÖRÜŞƏCƏK

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu həftəsonu Berlində Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

 

Bu barədə "The Wall Street Journal" özəl mənbələrinə istinadən məlumat yayıb.

 

Qeyd edilir ki, Ağ Ev rəsmisi dekabrın 14-15-də Böyük Britaniya, Almaniya və Fransadan olan nümayəndələrlə müzakirə aparacaq.

 

Nəşr qeyd edir ki, Uitkoffu Berlinə göndərmək qərarı ABŞ Administrasiyasının Vaşinqton və Kiyev arasında sülh müqaviləsinin şərtləri ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq istəyini nümayiş etdirir.

 

Görüşlərdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts və onların müşavirlərinin iştirakı gözlənilir.

 

Xəbərdə o da vurğulanıb ki, daha əvvəl Avropa liderləri ABŞ-ın sülh planı ilə bağlı müzakirələri Trampın özü ilə aparmaq istəyirdilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.