
ABŞ-ın Texas ştatının Hyuston şəhərində Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq.
Senzor.az bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfirliyin təşkilatçılığı ilə səyyar konsulluq xidməti cari ilin 27 dekabr tarixində baş tutacaq.
Xidmət ABŞ-ın Texas ştatında və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Səfirlik sözügedən səyyar konsulluq xidmətindən yararlanmaq istəyən vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələrini xahiş edir.
Eyni zamanda, bildirilir ki, səyyar konsulluq zamanı müraciət etmək istədiyiniz xidmət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsindən almaq olar: www.washington.mfa.gov.az
Əlaqə üçün:
Telefon: +1 (202) 556-9391
Elektron poçt: [email protected]