Kiyev və Moskva müharibənin təkrarlanmayacağına təminat istəyirlər - LUKAŞENKO

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski sülhə nail olmaq istəyirlər, lakin hərbi əməliyyatların necə yekunlaşması ilə bağlı mövqeləri fərqlənir.

 

BelTA xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko "Newsmax" televiziya kanalına müsahibəsində deyib.

 

O hesab edir ki, münaqişənin həlli məsələsində bir çox məqam ABŞ Prezidenti Donald Trampdan asılıdır.

 

"İndi bir çox şey Trampın və Birləşmiş Ştatların mövqeyindən asılıdır. Əsas odur ki, Tramp bu mövqedən geri çəkilməsin", - deyə Lukaşenko bildirib.

 

O vurğulayıb ki, münaqişənin nizamlanması çoxtərəfli prosesdir və Tramp bu məsələni təkbaşına həll edə bilməz.

 

Belarus Prezidentinin sözlərinə görə, razılaşmaların hazırlanması prosesində uzunmüddətli sülhü təmin edəcək müəyyən zəmanətlər lazımdır.

 

"Rusiya bunun daimi olması üçün təminatlar istəyir. Ukrayna da bunda maraqlıdır. Tramp təminatçı qismində çıxış etməyə hazırdır. Hər şey var. Buna görə də sürəti artırmaq lazımdır", - Lukaşenko deyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.