
“Qarabağ erməniləri Ermənistanda yaşamalıdırlar”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərin Qarabağa qayıdışı ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Əziz qarabağlı bacı və qardaşlar, siz Ermənistanda məskunlaşmalı, burada vətəndaşlıq almalısınız”, - o qeyd edib.
Nikol Paşinyan ermənilərin “çörək üçün köçmək” məntiqindən imtina etməli olduqlarını vurğulayıb və əlavə edib ki, çörəyi Ermənistanda da qazanmaq olar.