Azərbaycanlılar üçün ABŞ yolu bağlanır: "GREEN CARD" LOTEREYASI DAYANDIRILDI

ABŞ hakimiyyəti “green card” (yaşıl kart) lotereya proqramını dayandıracaq.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Katibi Kristi Noem sosial mediada məlumat verib.

 

"Braun Universitetində atışma törədən Klaudio Manuel Neves Valente 2017-ci ildə Müxtəliflik Vizası (DV1) immiqrant vizası proqramı çərçivəsində ABŞ-a daxil olub və sonradan daimi sakin olub", - deyə katib bildirib.

 

Noem həmçinin qeyd edib ki, 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərində "green card" qalibi (DV1 proqramı) kimi ABŞ-a daxil olan İŞİD terrorçusunun 8 nəfərin ölümünə səbəb olan terror hücumundan sonra viza lotereya proqramına son qoyulmasını müdafiə edib.

 

Katib öz paylaşımında bildirib ki, Prezident Trampın göstərişi ilə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə (USCIS) ABŞ vətəndaşlarının təhlükəsizliyinə təhdidlərin qarşısını almaq üçün DV1 proqramını dərhal dayandırmaq tapşırılıb.

 

Xatırladaq ki, bu il Azərbaycandan 1730 nəfər ABŞ-da yaşamaq icazəsi verən “green card” lotereyasının qalibi olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.