Azərbaycandan göndərilən yanacağın ilk partiyası ERMƏNİSTANA ÇATIB

Azərbaycandan yola salınan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan özünün Facebook səhifəsində yazıb.

 

Onun sözlərinə görə, Azərbaycan mənşəli, 1220 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqondan ibarət qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb.

 

"Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra yox, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”, - nazir qeyd edib.

  

Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən ötən gün Bakıdan yola salınıb.

 

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.