Ceyhun Bayramov monteneqrolu həmkarı ilə görüşdü - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.

 

Senzor.az bildirir ki, nazirlər Azərbaycan–Monteneqro münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini müzakirə ediblər. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr, eləcə də beynəlxalq platformalar çərçivəsində qarşılıqlı fəaliyyət diqqət mərkəzində olub.

 

Monteneqro Prezidenti Yakov Milatoviçin səfəri də daxil olmaqla, yüksəksəviyyəli qarşılıqlı səfərlərin ikitərəfli siyasi dialoqun davamlılığının təmin edilməsində mühüm rol oynadığı vurğulanıb.

 

Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu baxımdan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın imkanlarından səmərəli istifadənin əhəmiyyəti xüsusi vurğulanıb.

 

Humanitar əməkdaşlıq, o cümlədən turizm, mədəniyyət və təhsil sahələrində əlaqələr ikitərəfli münasibətlərin ayrılmaz hissəsi kimi dəyərləndirilib və bu istiqamətlərdə mübadilələrin genişləndirilməsi alqışlanıb.

 

Nazirlər, həmçinin BMT, ATƏT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığı müzakirə edərək, qarşılıqlı etimada əsaslanan əməkdaşlığa sadiqliklərini bir daha təsdiqləyiblər.

 

Görüş zamanı regional məsələlərə də toxunulub.

 

Nazir Ceyhun Bayramov həmkarını Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə məlumatlandırıb.

  

Daha sonra Azərbaycan və Monteneqro XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu  imzalanıb.

 

Sənəd konsulluq sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsini və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsini hədəfləyir.











Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.