Zelenski: "Ukraynada seçkilərin hansı formatda keçiriləcəyini Putin həll etmir!"
VİDEO

Xarici İşlər Nazirliyi (XİN) Ukraynada prezident seçkiləri ilə əlaqədar xaricdəki vətəndaşların səs verməsi üçün lazımi infrastrukturun yaradılması üzərində işləyir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

"Seçkilər iki şeydən asılıdır: təhlükəsizlik və qanunvericilik. Onların bizdə nə vaxt və hansı formatda keçiriləcəyini dəqiq Vladimir Putin həll etməyəcək. Təhlükəsizlik - səsvermənin mümkün olmadığı əsas şərtdir. Məhz buna görə seçkilər müvəqqəti işğal olunmuş ərazilərdə keçirilə bilməz", -deyə Zelenski vurğulayıb.

 

Onun sözlərinə görə, Ukrayna beynəlxalq müşahidəçilər və xaricdə səsvermə ilə ədalətli və şəffaf seçkilər keçirə bilər: "Xaricdə çox sayda ukraynalının olması səbəbindən proses daha mürəkkəb olacaq, lakin XİN artıq bu məsələnin həlli üzərində işləyir. Bütün vətəndaşların, xüsusilə də cəbhədəki hərbiçilərin səs vermək imkanına malik olması vacibdir. Bu, dövlətin təmin etməli olduğu əsas hüquqdur. Seçkilərin təhlükəsizliyi məsələsi beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə müzakirə olunur. Mümkün variantlardan biri - ən azı, seçki dövründə atəşkəs və ya müharibənin bitməsidir", - deyə o əlavə edib.


 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.