
Sabahdan etibarən Tbilisidə etiraz yürüşlərinin keçirilməsi qadağan ediləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Məlumata əsasən, dekabrın 31-dək paytaxtda təşkil olunacaq aksiyalar yürüşlər olmadan keçirilməlidir.
Aksiya iştirakçıları etirazlarını parlament binasının qarşısındakı pilləkənlərdə və yaxın ərazidə ifadə etməli, həmçinin səkidə digər vətəndaşların və yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar.
Qeyd edək ki, dekabrın 11-dən Gürcüstanda toplantılar və nümayişlərlə bağlı sərt tələblər qüvvəyə minib. Tələblərə əsasən aksiyanın 5 gün öncədən DİN-ə xəbərdarlıq edilmədən ictimai yerdə təşkili qadağan olunub.
Bu qaydalar 2026-cı il yanvarın 1-dən 9-dək keçiriləcək mitinqlərlə də bağlı qüvvədə olacaq.