Netanyahu Trampa İrana yeni HÜCUM PLANI TƏQDİM EDƏCƏK

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-a planlaşdırılan səfəri zamanı Prezident Donald Trampa İrana yeni mümkün hücum planını təqdim edəcək.

 

Bu barədə “NBC News” telekanalı anonim mənbələrə istinadən məlumat yayıb.

 

İsrailin əsas narahatlığı İranın ballistik raket istehsalını artırmasıdır. Tehranın ballistik raket istehsalının ildə 3000 ədədə çatacağı proqnozlaşdırılır.

 

İsrail İranın uran zənginləşdirmə proqramını yenidən bərpa etdiyini də bildirir. İsrail İranın nüvə proqramını qlobal təhlükə olaraq qiymətləndirir, lakin bu proqramın yaxın zamanda tamamilə bərpa olunacağını gözləmir.

 

Qeyd edək ki, bu ilin iyun ayında 12 günlük müharibə zamanı İran İsrailin zərbələri nəticəsində 1000-dən çox insanın öldüyünü açıqlayıb. İran İsrailə 500-dən çox ballistik raket atıb, 1100-dən çox pilotsuz uçan aparat göndərib. Bu hücumla nəticəsində İsraildə 32 nəfər ölüb, 3000-dən çox insan isə yaralanıb.

 

ABŞ da sonradan İranın yeraltı nüvə obyektlərinə zərbələr endirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.