
Dekabrın 22-23-də Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov, Türkiyə tərəfdən Cevdet Yılmaz sədrlik edəcəklər.
İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi və ticarətin asanlaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.
Komissiyanın iclası ilə yanaşı, Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu da keçiriləcək.
Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçən ilin mayında Ankara şəhərində keçirilib.