İsrail XİN Qərbdə yaşayan yəhudiləri ölkəyə köçməyə çağırdı

İsrailin XİN rəhbəri Gideon Saar Qərb ölkələrində, o cümlədən Böyük Britaniya, Fransa və Avstraliyada yaşayan yəhudilərə səslənərək, onları təhlükəsizliklə bağlı və antisemit zəminli hücum risklərinin artması ilə əlaqədar İsrailə köçməyə çağırıb

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Saar yəhudilərin “bütün dünyada ovlandığını” (təqib edildiyini – red.) vurğulayaraq, Avropada Qəzza münaqişəsi ilə əlaqədar antisemit zəminli hücumların artdığına diqqət çəkib.

 

“Yəhudilərin hər yerdə təhlükəsizlik şəraitində yaşamaq hüququ var. Lakin biz baş verənləri görür və tam şəkildə anlayırıq, həmçinin müəyyən tarixi təcrübəmiz mövcuddur. Bu gün yəhudilər bütün dünyada təqib olunur”,- deyə nazir bildirib.

 

Qeyd edək ki, xarici işlər naziri belə bir bəyanatı Avstraliyada, Sidney şəhər çimərliyində Hannukka mərasimi zamanı törədilən terror hücumu fonunda verib. Həmin silahlı hücumda 15 nəfər həlak olmuş , onlarla insan yaralanmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.