ABŞ-ın vitse-prezidenti Zəngəzura gəlir:
DƏHLİZİN TƏMƏLQOYMA MƏRASİMİ KEÇİRİLƏCƏK

“2026-cı ilin fevral ayında ABŞ-ın çox yüksək vəzifəli bir məmurunun Ermənistana səfəri gözlənilir”.

 

Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, bunu beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan yazıb.

 

O xatırladıb ki, Ermənistanda indiyə qədər ən yüksək vəzifəli Amerika məmuru Nümayəndələr Palatasının spikeri və dövlət katibi olub.

 

Jurnalist Jirayr Voskanyan isə qeyd edib ki, onda olan məlumata görə, 2026-cı ilin fevral ayında Ermənistana ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens səfər edəcək.

 

Voskanyan yazıb ki, Meğridə TRIPP layihəsinin (Zəngəzur dəhlizi) təməlqoyma mərasimi gözlənilir.

 

Mümkündür ki, ABŞ-ın vitse-prezidenti Ceyms Vens TRIPP layihəsinin təməlqoyma mərasimində iştirak etsin.

 

Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan bildirib ki, Vensin gözlənilən səfəri “Tramp yolu” layihəsinin həyata keçirilməsi baxımından aşağıdakı aspektlərə görə həqiqətən də önəmli hadisədir: “Birincisi, TRIPP üçün investisiya layihələri: yollar, logistika mərkəzləri, anbarlama, yükdaşımalar, sığorta, xidmət iqtisadiyyatı və sairə.

 

İkincisi, sərhəd və gömrük imkanlarının sürətli modernləşdirilməsi: qaçaqmalçılığa qarşı sistemlər, tam rəqəmsallaşdırma, kibermüdafiə, yükdaşımalara nəzarət.

 

Üçüncüsü, hüquqi təminatlar: şəffaf müqavilələr, müstəqil nəzarət, risklərin qarşısının alınması, investorla dövlət maraqlarının balanslı qorunması”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.