Ərdoğan Türkiyənin düşmənlərinə səsləndi: “ÇOX AÇIQ VƏ QƏTİ DEYİRƏM...”
VİDEO

“Çox açıq və qəti şəkildə deyirəm: istər Şərqi Aralıq, istər Egey dənizi, istərsə də başqa bir yerdə olsun, biz nə haqq yeyərik, nə də haqqımızın yeyilməsinə imkan verərik”.

 

Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vilayət rəhbərlərinin toplantısında çıxış edərkən deyib.

 

“Əllərində 70 mindən çox fələstinli qardaşımızın qanı olanların həyasızlıqlarının bizim nəzərimizdə boş vedrə səsi kimi heç bir dəyəri yoxdur. Kipr türklərinin hüquq və maraqlarının qəsb edilməsinə də icazə vermərik.

 

Müqavilələr bağlana, imzalar atıla, sifarişli suallarla müxtəlif mesajlar verilə bilər, bunların heç biri bizi yolumuzdan döndərə, siyasətimizi dəyişdirə bilməz. Tələyə düşmədik, düşməyəcəyik, təxribatlara uymadıq, uymayacağıq.

 

Türkiyə olaraq beynəlxalq hüquq və ikitərəfli razılaşmalar çərçivəsində, tarixi təcrübə və köklü dövlət ənənəmizə yaraşan şəkildə - ləyaqət, uzaqgörənlik, sağlam düşüncə və təmkinlə hərəkət etməyə davam edəcəyik”, - dövlət başçısı vurğulayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.