
Tailand və Kamboca 20 gün davam edən gərgin döyüşlərdən sonra iki ölkə sərhədində atəşkəs rejiminin bərpasına dair birgə sənəd imzalayıblar.
Bu barədə "Thai PBS" dövlət telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Tailandın müdafiə naziri Natthaphon Nakphanit və Kambocanın müdafiə naziri Tea Seyxa dekabrın 27-dən etibarən atəşkəsin bərpası ilə bağlı birgə sənədi imzalayıblar.
Dünən bildirilib ki, Tailand və Kamboca hakimiyyət orqanları bu gündən qüvvəyə minəcək müvəqqəti atəşkəs şərtləri ilə bağlı razılığa gəliblər. İlkin atəşkəsin 72 saat davam edəcəyi gözlənilir.
Atəşkəsin uzadılmasına dair sonrakı razılaşma Taylandın Milli Təhlükəsizlik Şurasının təsdiqinə tabedir.
“Report” xatırladır ki, Tailand və Kamboca arasında toqquşmalar dekabrın 8-də yenidən başlayıb. Bir neçə gün sonra ABŞ Prezidenti Donald Tramp iki tərəfin hərbi əməliyyatları dayandırmaq və oktyabrda imzalanmış sülh sazişinə qayıtmaq barədə razılığa gəldiyini açıqlayıb. Dekabrın 24-də tərəflər atəşkəsin bərpası üçün danışıqlara başlayıblar.