
Türkiyə İspaniya Hava və Kosmik qüvvələrinə 30 “HÜRJET” təlim təyyarəsinin satışı üçün 2,6 milyard avro dəyərində hərbi ixrac müqaviləsi imzalayıb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, tədarük prosesi 2028-ci ildə başlayacaq.
Müqaviləyə təyyarələrin çatdırılması, təkmil pilot hazırlığı, simulyatorlar, texniki xidmət və uzunmüddətli dəstək daxildir.
“Bu sənəd Türkiyə müdafiə sənayesi üçün tarixi əhəmiyyətə malikdir: ilk dəfə olaraq onun müdafiə təyinatlı məhsullarından NATO-nun Avropa üzvü istifadə edəcək”, - deyə analitiklər vurğulayırlar.