
Doqquz ölkə Türkiyə Cinayət Məcəlləsinə əsasən müxtəlif maddələr üzrə axtarışda olan ümumilikdə 40 nəfəri Türkiyə hakimiyyət orqanlarına təhvil verib.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, ekstradisiya edilən şəxslərin bir qismi İnterpolun “qırmızı bülleteni” əsasında, digərləri isə milli axtarış xətti ilə axtarılırdı. Şübhəlilər Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan Türkiyəyə gətirilib.
Daxili işlər naziri cinayətkarların xaricdə saxlanılması üzrə əməliyyatların koordinasiyasına görə Polis Baş İdarəsinə və ölkənin Ədliyyə Nazirliyinə təşəkkürünü bildirib.
A.Yerlikaya qeyd edib ki, Türkiyəyə təhvil verilən şəxslər terror təşkilatlarına üzvlük, qətl, quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, rəsmi sənədlərin saxtalaşdırılması və digər cinayətlərdə iştirakda ittiham olunaraq axtarışda idilər.