Rusiya böyük insan tələfatına səbəb olacaq provokasiya hazırlayır - UKRAYNA KƏŞFİYYATI
VİDEO

Rusiya pravoslavların Milad bayramını qeyd etdiyi 7 yanvar ərəfəsində insan tələfatına səbəb olan genişmiqyaslı provokasiya hazırlayır və burada Ukraynanı günahkar kimi göstərməyə çalışacaq.

 

“UNIAN“ xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidməti bəyanat yayıb.

 

“Ukrayna Xarici Kəşfiyyat Xidməti ABŞ-ın vasitəçilik etdiyi sülh danışıqlarına zərbə vurmaq məqsədilə Rusiyanın xüsusi əməliyyatının davam etdiyi barədə xəbərdarlıq edir. Bu əməliyyat hərtərəflidir. Putinin iqamətgahına dırnaqarası hücumdan sonra biz qeydə almışıq ki, Kreml saxta informasiyalar yaymaqla Rusiya və xarici auditoriyaları gərginliyin artmasına hazırlamağa çalışır”, - Xidmətin bəyanatında qeyd olunur.

 

Qurum Rusiya xüsusi xidmət orqanları tərəfindən manipulyativ təsir mexanizminin silahlı provokasiyaya çevriləcəyi və bu zaman ciddi insan tələfatının baş verəcəyini bildirir.

 

“Provokasiyanın Milad bayramından əvvəl və ya bayram ərzində həyata keçiriləcəyi gözlənilir. Məkan isə Rusiya və ya Ukraynada dini tikili, eləcə də simvolik əhəmiyyətə malik digər yerlər ola bilər”, - Ukrayna Kəşfiyyat Xidməti xəbərdarlıq edir.

 

“Baş verəcək hücumda Ukraynanı günahlandırmaqdan ötrü isə təmas xəttindən hadisə yerinə Qərb ölkələrinə məxsus vurulmuş dron gətiriləcək”, - deyə bəyanatda vurğulanır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.