Tramp Venesuela müxalifətinin liderini
NİYƏ DƏSTƏKLƏMƏDİ?

ABŞ Prezidenti Donald Tramp müxalifətçi Mariya Korina Maçadonun Venesuelanın növbəti prezidenti vəzifəsinə namizədliyini dəstəkləməyib, çünki bu siyasətçi Nobel Sülh Mükafatını ona güzəştə getməyib.

 

Məlumatı "The Washington Post" yayıb.

 

"Maçadonun son vaxtlar Trampa üzgörənlik etməsinə baxmayaraq, ABŞ Prezidenti onun mövqeyini gücləndirməkdə maraqlı deyil. Bu, Maçadonun Nobel Sülh Mükafatından - Prezidentin açıq şəkildə arzuladığı mükafatdan imtina etməməsi ilə əlaqələndirilir", - deyə qəzet Ağ Evə yaxın iki mənbəyə istinadən belə yazıb.

 

Mənbənin sözlərinə görə, "Maçado sonda mükafatı Trampa həsr etdiyini bildirsə də, onun "Nobel"i qəbul etməyə razılıq verməsi "ağır günah" idi".

 

"Əgər o imtina edib - "Mən bunu qəbul edə bilmərəm, çünki bu, Donald Trampın haqqıdır", - desəydi, bu gün Venesuelanın prezidenti olacaqdı", - deyə mənbə əlavə edib.

 

Xatırladaq ki, Tramp daha əvvəl vətəndaşların Maçadonu dəstəkləmədiyi üçün onun ölkəyə rəhbərlik edə bilməyəcəyini deyib.

 

"Maçadonun lider seçilməsi çətin olacaq, çünki ölkə daxilində dəstəyi yoxdur. O çox gözəl qadındır, lakin Maçadoya ölkədə hörmət etmirlər", - deyə D.Tramp bildirib.

 

Xatırladaq ki, 2025-ci ildə Maçado "Venesuela xalqı üçün demokratik dəyərlərin inkişafı və diktaturadan demokratiyaya ədalətli və dinc yolla keçid uğrunda usanmadan mübarizə apardığına görə" Nobel Sülh Mükafatını alıb.

 

https://www.youtube.com/watch?v=lt0totbUTyw






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.