
Rusiyada tibbi müayinədən keçməyən miqrantlar deportasiya olunacaqlar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Dövlət Duması tibbi müayinədən keçməyən əcnəbilər üçün cərimə və deportasiyaya icazə verməyi planlaşdırır.
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, Rusiyada üç aydan çox qalanlar üçün tibbi müayinə müddətinin 90 gündən 30 günə endirilməsi təklif olunur.
Rusiya parlamentinin spikeri başqaları üçün təhlükə yaradan xəstəliklərin olmadığını təsdiq edən sənədlərin saxtalaşdırılmasına görə cinayət cəzalarının sərtləşdirilməsinin də planlaşdırıldığını söyləyib.
Qeyd edək ki, Rusiyada 90 gündən çox müddətə qalmaq istəyən əcnəbi mütləq tibbi müayinədən keçməlidir.
Bu ildən Rusiyada miqrantlar üçün daha nələr dəyişib və ya dəyişəcək?
Ətraflı videomaterialda: