Azərbaycanın neft məhsullarını Ermənistana satmaq təklifini kim irəli sürüb?
PAŞİNYAN AÇIQLADI

Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarının mübadiləsini aparır və öyrənirlər.

 

"Sputnik Armenia" bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə deyib.

 

"Hazırda proseslər gedir – Ermənistan və Azərbaycan satışı və ya alışında maraqlı olduqları potensial malların siyahılarının mübadiləsini aparırlar", - Paşinyan vurğulayıb.

 

Hökumətin Azərbaycan benzinini kimlərin alacağını necə müəyyən etməsi ilə bağlı sualı şərh edən Paşinyan qeyd edib ki, bazar əvvəlcədən araşdırılıb və təklif bu imkanı siyasi aksiyaya çevirməyəcək şirkətlərə verilib.

 

Onun sözlərinə görə, Azərbaycanın neft məhsullarını Ermənistana satmaq təklifini Azərbaycan Baş nazirinin müavini delimitasiya komissiyalarının görüşündə irəli sürüb.

 

"Biz dedik ki, belə bir imkan var (Azərbaycanın neft məhsullarını almaq - red.). Və hər iki tərəfdən şirkətlər, səhv etmirəmsə, bizim tərəfdən 2 şirkət əlaqə qurdu", - o qeyd edib.

 

Paşinyan vurğulayıb ki, Azərbaycan neft məhsullarını satmaqdan imtina edən yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkələr də olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.