Suriya ordusu Hələbi SDQ-dən tam təmizlədiyini bəyan etdi
VİDEO

Suriya ordusu əvvəllər "Suriya Demokratik Qüvvələri" (SDQ) əlində olan Hələb vilayətini tam nəzarət altına aldığını elan edib.

 

Bu barədə "Al-Arabiya" ordunun bəyanatına istinadən məlumat yayıb.

 

Məlumata görə, hərbi qüvvələr Hələb şəhərində SDQ-nın mövcudluğunu qoruyub saxladığı son rayon Şeyx Məqsudda hərbi əməliyyatlarını başa çatdırıblar.

 

Daha əvvəl Suriya ordusu Hələb ərazisinin artıq 90%-nə nəzarət etdiyini bildirmişdi.

 

Xatırladaq ki, 2025-ci il martın 10-da SDQ Suriya ilə yeni hakimiyyətə tabe olan təhlükəsizlik qüvvələrinə daxil olma haqqında saziş imzalayıb. Sənəd Prezident Əhməd Əl-Şaraa ilə SDQ-nin komandanı Mazlum Abdi arasında görüş zamanı imzalanıb.

 

Saziş həmçinin Suriyanın bütün ərazisində atəşin dayandırılmasını və SDQ-nin yeni Suriya hakimiyyətini dəstəkləməsini nəzərdə tutur. Lakin SDQ saziş üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etdi, bu da Suriya ordusu ilə Hələbdə yerləşən SDQ qüvvələri arasında döyüşlərin yenidən başlamasına səbəb oldu.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.