“Ağ Şəhər”dən Ağa Nemətulla küçəsinə birbaşa yeni yol çəkilir
VİDEO

Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb.

 

“Xəzər” TV xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub.

 

Bildirilib ki, onlardan biri də Xəqani Rüstəmov küçəsi ilə Ağa Nemətulla küçəsini əlaqələndirən yeni yolun tikintisidir.

 

Artıq layihənin icrasına başlanıb. Hazırda Xəqani Rüstəmov küçəsində Babək prospektinə gedən istiqamətdə yol bağlıdır.

 

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, yeni yolun istifadəyə verilməsi paytaxt ərazisindəki bəzi yolların yükünü əhəmiyyətli dərəcədə azaldacaq.

 

Ekspert qeyd edib ki, yeni layihənin icrası nəticəsində sərnişindaşınmanı təkmilləşdirmək, eləcə də, mikromobillik zolaqları yaratmaq mümkün olacaq.

 

Layihə ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən vurğulanıb ki, yeni yol tunel vasitəsilə ərazidə mövcud olan dəmir yolu xəttinin altından keçərək inşa ediləcək. Bununla da yeni yol hər iki istiqamətdə nəqliyyat axınını fasiləsiz təmin etmiş olacaq.

 

Daha ətraflı videomaterialda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.