Tramp yaxın günlərdə Qəzza üzrə Sülh Şurasının tərkibini elan edəcək -
"BLOOMBERG"

ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə müharibədən sonrakı planların həyata keçirilməsi üçün Qəzza üzrə Sülh Şurasının tərkibini elan etməyi planlaşdırır.

 

Bu barədə "Bloomberg" məlumat yayıb.

 

Agentlik qeyd edib ki, Şuranın tərkibinin gələn həftə elan olunacağı və ilk iclasının Davos forumu çərçivəsində keçiriləcəyi gözlənilir.

 

Məlumata görə, Şura dövlət və hökumət başçılarından ibarət olacaq və ona şəxsən Tramp rəhbərlik edəcək. Şuranın vəzifələri arasında Qəzzada HƏMAS-ın yerinə müvəqqəti administrasiyanın formalaşdırılması, beynəlxalq təhlükəsizlik qüvvələrinin cəlb olunması və anklavın bərpasının maliyyələşdirilməsi yer alır.

 

İsrailin Baş naziri Benyamin Netanyahu planı dəstəkləyib, lakin HƏMAS-ın silahsızlaşdırılması və Qəzzanın tam demilitarizasiyası üzərində israr edir.

 

Xatırladaq ki, İsrail və HƏMAS ötən il oktyabrın 9-da Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Tramp tərəfindən təqdim olunan sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Qəzzada atəşkəs rejimi oktyabrın 10-da qüvvəyə minib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.