
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki buraxılışında İranda baş verən etirazlar və onların mümkün nəticələri müzakirə edilib.
İran cəmiyyətində qorxu səddi dağılır: Rejim nə qədər tab gətirə biləcək? İran etirazlarının mahiyyətində ABŞ və İsrail faktoru var? Etirazlardan sonra İran necə dəyişə bilər?
Proqramda politoloq Rəşad Bayramov, Belçikada yaşayan Cənubi azərbaycanlı yazar Ümid Nəccari, deputat Sahib Alıyev, Oxu.az-ın redaktoru Elşad Məmmədli və siyasi şərhçi Oqtay Qasımovla bu və digər suallar ətrafında fikir mübadiləsi aparılıb.