ABŞ-ın İsraildəki səfiri:
VAŞİNQTON İRANDA REJİM DƏYİŞİKLİYİ PLANLAŞDIRMIR

"ABŞ İranda rejim dəyişikliyinə dəstək vermək və ya hərbi əməliyyat başlatmaq niyyətində deyil".

 

Bunu ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi "Sky News" telekanalına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Vaşinqton İranda hakimiyyət dəyişikliyini sürətləndirməyə çalışmır: “Düşünmürəm ki, bu, ABŞ-ın fəal şəkildə cəlb olunduğu və ya sürətləndirməyə çalışdığı bir prosesdir”.

 

Diplomat qeyd edib ki, məsələ ilk növbədə hörmət prinsipinə dayanır.

 

Hakkabinin sözlərinə görə, Tramp İrandakı hakimiyyətin öz vətəndaşlarını etiraz etdiklərinə görə öldürməməli, şikəst etməməli və işgəncələrə məruz qoymamalı olduğunu açıq şəkildə vurğulayır.

 

Mayk Hakkabi əlavə edib ki, hazırda ABŞ və ya İsrailin İrana qarşı hərbi münaqişəyə başlamaq planı yoxdur.

 

O, belə qərarların səfirin səlahiyyətində olmadığını və yalnız Vaşinqtonda qəbul edildiyini də əlavə qeyd edib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.