
Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, liderlər Yaxın Şərq və İrandakı vəziyyəti müzakirə ediblər.
Vladimir Putin regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün siyasi və diplomatik səylərin gücləndirilməsi ilə bağlı prinsipial yanaşmaları açıqlayıb. Rusiyanın vasitəçilik səylərini davam etdirməyə və bütün maraqlı dövlətlərin iştirakı ilə konstruktiv dialoqu təşviq etməyə hazır olduğu təsdiqlənib.