“MOSSAD” rəhbəri İranla bağlı məsləhətləşmələr üçün
ABŞ-a GEDİB

İsrailin kəşfiyyat xidməti “MOSSAD”ın rəhbəri David Barnea İrandakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq məqsədilə ABŞ-a səfər edib.

 

Bu barədə İsrail mənbələrinə istinadən “Axios” məlumat yayıb.

 

Məlumata görə, səfər Vaşinqton və İsrail arasında İranda davam edən etirazlar, eləcə də Tehranın təzyiqlərinə cavab olaraq ABŞ-ın mümkün hərbi addımları ilə bağlı müzakirələr fonunda baş tutub.

 

Qeyd edilir ki, Barneanın ABŞ rəsmiləri ilə yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi ilə birbaşa işləyən Ağ Evin nümayəndəsi Stiv Uitkoffla da görüşəcəyi gözlənilir.

 

Barneanın səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşüb-görüşməyəcəyi isə hələlik məlum deyil.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.