
Suriya Prezidenti Əhməd əl-Şaraa ölkədə kürdlərin hüquqlarını bəyan edən fərman imzalayıb.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, sənədin mətni Suriya liderinin ofisi tərəfindən dərc edilib.
Sənədə əsasən, digər məsələlərlə yanaşı, kürd dili rəsmi dil kimi tanınır və kürdlərin əhalinin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris oluna bilər.
Bundan əlavə, Suriyanın keçid hökuməti ölkədə yaşayan bütün kürdəsilli sakinlərə Suriya vətəndaşlığı verməyi öhdəsinə götürür.
Həmçinin, Novruz bayramı bütün Suriyada dövlət bayramı kimi tanınır. Sənəddə vurğulanır ki, etnik mənsubiyyətə və ya dilə əsaslanan hər hansı bir ayrı-seçkilik qanunla qadağandır.
Qeyd edək ki, kürdlər Suriyada əhalinin təxminən 10-15%-ni təşkil edən ikinci ən böyük etnik qrupdur. Onlar əsasən ölkənin şimal-şərqində yaşayırlar, eyni zamanda Dəməşq, Hələb və digər böyük Suriya şəhərlərində də icmaları mövcuddur.