Rusiyanın iki bölgəsində terror hücumlarının qarşısı alınıb
VİDEO

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Xabarovsk diyarında hökumət orqanları nümayəndələrinə və Kabardin-Balkar Respublikasında polislərə qarşı terror aktlarının hazırlanmasının qarşısının alındığını bildirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya FTX-sının İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

 

"Qeyd olunan regionlarda əməliyyat-axtarış tədbirləri nəticəsində Xabarovsk diyarında inzibati binanı yandırmağı planlaşdıran şəxs, eləcə də Nalçik şəhərində polis əməkdaşlarına qarşı sui-qəsd hazırlayan Kabardin-Balkar Respublikasının sakini saxlanılıb", - məlumatda qeyd olunub.

 

Saxlanılan şəxslərdə bir sıra yazışmalar, həmçinin, sui-qəsdin həyata keçirilməsinin planlaşdırıldığı obyektlərin fotoları aşkar edilib.

 

Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko vurğulayıb ki, Kabardin-Balkar Respublikasının sakininə cinayətlərin törədilməsinə görə ittiham irəli sürülüb və həbs edilib.

 

Xabarovsk diyarında saxlanılan şəxslə bağlı da cinayət işi araşdırılır, o da həbs edilib.

 








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.