
"FlyDubai" aviaşirkətinə məxsus, Dubay-Kazan marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı texniki səbəblə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Aeroportdan Senzor.az-a bildirilib ki, "Boeing 737" tipli təyyarə saat 00:04-də Bakıya uğurla eniş edib.
Qeyd olunub ki, hava limanı tərəfindən bütün zəruri xidmətlər operativ şəkildə səfərbər edilib və görülən tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi protokollarına tam uyğun şəkildə həyata keçirilib.