Tramp Makronu yeni rüsumlarla hədələdi

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Fransadan idxal edilən şərab və şampanlara 200 %-lik rüsum tətbiq etməklə hədələyib.

 

Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

ABŞ Prezidenti bu bəyanatı jurnalistlər ona Makronun Qəzza üzrə Sülh Şurasına qoşulmaq təklifini rədd edə biləcəyini söylədikdən sonra verib.

 

"Onsuz da o, heç kimə lazım deyil, çünki tezliklə vəzifəsini tərk edəcək. Mən onun şərab və şampanlarına 200 %-lik rüsum tətbiq edəcəyəm və o qoşulacaq", - D.Tramp bildirib.

 

Makronun ikinci prezidentlik müddəti gələn il başa çatmalıdır. Fransa Prezidenti növbəti seçkilərdə iştirak etməyəcəyini qeyd edib. D.Tramp Sülh Şurasının yaradılması barədə qərarını yanvarın 16-da elan edib. Elə həmin gün o, Şuranın İcraiyyə Komitəsini təqdim edib. Komitəyə ABŞ Dövlət katibi Marko Rubio, xüsusi elçi Stiv Uitkoff, Prezidentin kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.