Buraxılış və qəbul imtahanlarının VAXTI AÇIQLANDI
QRAFİK-CƏDVƏL

2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub.

 

Senzor.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Qeyd olunub ki, imtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunub. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur.

 

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla da cədvəldə tanış ola bilərsiniz. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb. İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək. Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).

 

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 5, 12 və 26 aprel tarixlərində təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat veriləcək.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 18 fevral – 5 mart tarixlərində aparılacaq.

 

Əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsi aprelin 19-da keçiriləcək. I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı may ayında təşkil olunacaq.

 

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat isə aprel – may aylarında aparılacaq.

 

Digər imtahanların qrafiki ilə bu cədvəldə tanış ola bilərsiniz.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.