
"Bütün maraqlı tərəflər Ukrayna münaqişəsinin həllinə çalışırlar".
TASS xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumu çərçivəsində Volodimir Zelenski ilə görüşündən sonra belə deyib.
"Hər kəs müharibənin bitməsini istəyir", - deyə o, jurnalistlərlə qısa söhbətində bildirib.
D.Tramp, həmçinin V.Zelenski ilə hazırkı təmasının çox yaxşı keçdiyini vurğulayıb.
"Bu, davam edən bir prosesdir", - ABŞ Prezidenti Ukraynadakı münaqişənin aradan qaldırılmasına yönəlmiş diplomatik səylər barədə danışarkən deyib.
Qeyd edək ki, tərəflərin görüşü 1 saatdan tez başa çatıb.