Azərbaycan Sülh Şurasına pul ödəməyəcək - 3 İL
FOTO

Ötən gün İsveçrənin Davos şəhərində ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”nın təsis sənədi imzalanıb. Mərasimdə ABŞ-la yanaşı, 21 ölkənin nümyəndəsi iştirak edib. D.Tramp tədbirdə bildirib ki, bu Şuranın indiyə qədər yaradılmış ən vacib təşkilatlardan biri olmaq üçün bütün potensialı var.

 

“Və inanıram ki, Sülh Şurasının burada toplaşan insanlarla, Birləşmiş Millətlər Təşkilatı ilə birləşməsi dünya üçün - təkcə ABŞ üçün deyil, bütün dünya üçün həqiqətən unikal bir şeyə çevrilə bilər", - o deyib.

 

Mərasimdə iştirak edən ölkələrin siyahısı isə belədir: ABŞ, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Argentina, Paraqvay, Macarıstan, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Türkiyə və Özbəkistan.

 

Maraqlıdır, Azərbaycan Sülh Şurasına üzv olmaqla hansı öhdəlikləri götürüb?

 

Modern.az-a açıqlamasında politoloq Fərhad Məmmədov bildirib ki, Sülh Şurası adi bir beynəlxalq təşkilatdır: "Hətta biz Şuranın əsasnaməsində üzvlərin öhdəlikləri ilə bağlı bölümün mövcud olmadığını görürük. Maliyyə öhdəliyinə gəldikdə ilk üç il bu istiqamətdə konkret tələb yoxdur. Düşünülür ki, Sülh Şurası çərçivəsində həlli gözlənilən məsələlərdə dövlətlər özləri həmin fəaliyyət planlarını təsdiq edəcəklər və bu istiqamətdə hansı formada iştirak edəcəklərini özləri müəyyən edəcəklər. 

Yəni, hər hansısa bir ciddi öhdəlik yoxdur. Bu, Prezident Trampın təşəbbüsüdür və onun prezidentlik dövrünü əhatə edir. Təxminən 50-yə yaxın dövlət dəvət alsa da, ancaq iyirmidən çox dövlətin nümayəndəsi təsis tədbirində iştirak edib. Orada Azərbaycan Prezidenti və Azərbaycana yaxın olan bir sıra ölkələrin rəhbərləri də iştirak ediblər. Yəni ümumi desək ki, bu təşkilatın funksionallığı, onun uğuru ABŞ Prezidentindən asılı olacaq. ABŞ Prezidenti də dünyada ona yaxın olan liderləri müəyyən eləyir".

  

Politoloq vurğulayıb ki, dünyanın ən güclü dövlətinin təşəbbüsü olan Sülh Şurasının hansı formada inkişaf edəcəyini, ancaq qarşıdan gələn üç il göstərəcək: "Əgər bu təşəbbüs, təşkilat uğur qazanacaqsa, demək ki, Sülh Şurası yeni dünya nizamının bir parçasına çevriləcək. Lakin uğur qazanmayacaqsa, onda əksinə - beynəlxalq sistem səmərəsi çox aşağı olan BMT çərçivəsində qalmaqda davam edəcək".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.