İsrailin XİN başçısının Azərbaycan və Qazaxıstana səfəri başlayıb

İsrailin XİN başçısı Gideon Saar bu gün Azərbaycan və Qazaxıstana diplomatik səfərə çıxıb.

 

Senzor.az bildirir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Bakı və Astanaya səfərdə əsas diqqət ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına yönəldiləcək.

 

Səfər çərçivəsində bir sıra rəsmi tədbirlər, həmçinin dövlət qurumları və ictimai dairələrin nümayəndələri ilə görüşlər planlaşdırılıb. Yəhudi icmalarının nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

 

Qazaxıstana səfər ölkənin "İbrahim Sazişləri"nə qoşulması fonunda həyata keçirilir. Bundan əlavə, nazir Astanada Holokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

 

Gideon Saarı 40-dan çox israilli iş adamı və dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyəti su texnologiyaları və kənd təsərrüfatı, kibertəhlükəsizlik, mühəndislik, maliyyə, səhiyyə və digər sahələri təmsil edir.

 

XİN başçısının təşəbbüsü ilə Bakı və Astanada biznes forumlar da nəzərdə tutulub. Bu çərçivədə İsrail nümayəndə heyətinin üzvləri yerli sahibkarlar və işgüzar dairələrin nümayəndələri ilə görüşəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.