
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 26-28 yanvar tarixlərində Strasburqda işgüzar səfərdə olacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səfər çərçivəsində Ermənistanın Avropa Şurasına üzvlüyünün 25 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.
Yanvarın 28-də A.Mirzoyan Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edəcək.
Bundan başqa, səfər proqramına rəsmi şəxslərlə ikitərəfli görüşlər daxildir.